Belçika meydanı nəhəng çiçək mozaikasına büründü

Belçika meydanı nəhəng çiçək mozaikasına büründü
17 avqust 2026
# 14:30

Belçikanın paytaxtı Brüssel şəhərindəki məşhur Grand Palas meydanı Yaponiyanın ikonik incəsənətindən ilhamlanan 24-cü "Gül xalçası" festivalı çərçivəsində rəngarəng çiçək mozaikasına bürünüb.

Kulis.az xəbər verir ki, builki kompozisiya yapon rəssamı Katsuşika Hokusainin 200 illik məşhur "Kanaqavada böyük dalğa" ağac üzərində həkk olunmuş qravürasının yenidən işlənmiş versiyasıdır.

Əsərin dizaynı yapon rəssam Hiro Suqiyamaya məxsusdur.

70 metr uzunluğunda və 24 metr enində olan nəhəng xalçanın hazırlanmasında 100-dən çox könüllü iştirak edib.

Kompozisiyanın yaradılmasında Belçikanın rəmzi sayılan daliyalar (xristian gülü) başda olmaqla 700 mindən çox canlı gül, beqoniya, ot və ağac qabıqlarından istifadə olunub.

Suqiyama 16 rəngdən ibarət palitradan istifadə edərək 8 ay ərzində bu dizayn üzərində çalışıb.

Tədbir Belçika ilə Yaponiya arasında diplomatik əlaqələrin 160 illiyinə həsr olunub.

Təşkilatçıların bildirdiyinə görə, bu layihə sadəcə incəsənət əsəri deyil, həm də iki fərqli mədəniyyəti bir araya gətirən mühüm simvoldur.

1971-ci ildən bəri hər iki ildən bir keçirilən ənənəvi "Gül xalçası" tədbiri avqustun 13-dən 16-dək ziyarətçilər üçün açıq olub.

Qonaqlar xalçanı yaxından izləməklə yanaşı, Brüssel Meriyasının balkonundan da bu mənzərəni seyr edə biliblər.

# 632 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər