Bəkir Nəbiyevin 95 illiyi Gənclər Kitabxanasının təqdimatında

Bəkir Nəbiyevin 95 illiyi Gənclər Kitabxanasının təqdimatında
21 avqust 2025
# 12:20

21 avqustda görkəmli ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyevin anadan olmasının 95-ci ildönümü tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən akademikin həyat və fəaliyyətinə dair hazırlanan “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı biblioqrafik icmal və videomaterial virtual rejimdə istifadəçilərə təqdim edilib.

Biblioqrafik icmalda Bəkir Nəbiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, akademik Nizami Cəfərovun “Akademik Bəkir Nəbiyev, yaxud mütəvaze böyüklük” adlı məqaləsinin və professor, filologiya elmləri doktoru Salidə Şərifovanın “Filoloji düşüncəmizdə Bəkir Nəbiyev mövqeyi” adlı məqalələrin tam mətni yer alır.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən vəsaitdə akademikin müəllifi olduğu, “Ön söz” yazdığı və redaktə etdiyi, onun haqqında qələmə alınan 40-dan çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası, dövri mətbuat nümunələrinin siyahısı təqdim edilir. İcmalda kitab və məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə yığılıb.

“Akademik Bəkir Nəbiyev 95” adlı videomaterialda görkəmli alimin həm klassik, həm də müasir ədəbiyyat haqqında müəllifi olduğu fundamental əsərləri, zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığına verdiyi böyük töhfələr haqqında məlumat verilir, ədəbi prosesə, klassik ədəbi irsə, tənqidə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə dair 50-dən çox kitab, 900-dən çox məqalə və resenziyanın müəllifi olması bildirilir.

Materialda Bəkir Nəbiyevin pedaqoji fəaliyyətinə də geniş yer verilir, onun doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olması, ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, Məhərrəm Qasımlı kimi yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinin yüksək olması diqqətə çatdırılır.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Bəkir Nəbiyevin müxtəlif illərdə elmi fəaliyyətini əks etdirən foto və videogörüntüləri də sərgilənir.

Qeyd edək ki, “Alim Bəkir Nəbiyev 90” adlı videomaterial kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/akademik-bekir-nebiyev-95 yerləşdirilib.

# 1485 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər