“Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı oldu

“Bəhram Mansurov. Biblioqrafiya”  kitabının təqdimatı oldu
22 iyun 2026
# 17:30

Görkəmli tarzən, Xalq artisti Bəhram Mansurovun 115 illiyi ilə əlaqədar nəşr olunan “Bəhram Mansurov. Biblioqrafiya” kitabının təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov kitab barədə məlumat verib.

“Nəşrdə Bəhram Mansurovun zəngin yaradıcılıq yolu, özünəməxsus ifaçılıq məktəbi, Azərbaycan muğam sənətinin inkişafına verdiyi mühüm töhfələr, eləcə də onun haqqında aparılmış tədqiqatlar və müxtəlif mənbələrdə dərc olunmuş materiallar geniş şəkildə əks olunub. “Bəhram Mansurov. Biblioqrafiya” kitabı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamış görkəmli sənətkarın həyat və yaradıcılıq irsinin elmi-biblioqrafik baxımdan sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə hazırlanıb”,-deyə K.Tahirov əlavə edib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov qeyd edib ki, Bəhram Mansurovun yaradıcılığı milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, Azərbaycan musiqisinin beynəlxalq aləmdə tanıdılmasına böyük töhfə vermişdir və görkəmli tarzənin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən layihələr, o cümlədən “Bəhram Mansurov. Biblioqrafiya” kitabı milli musiqi irsinin qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri, Xalq artisti Ağaverdi Paşayev, Xalq artisti Zamiq Əliyev, professor Nazim Kazımov, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov və Xalq artisti Eldar Mansurov Bəhram Mansurovun Azərbaycan musiqi mədəniyyətindəki misilsiz xidmətlərindən danışıblar.

Natiqlər çıxışlarında qeyd ediblər ki, Bəhram Mansurov təkcə böyük tarzən və muğam ifaçısı deyil, həm də milli musiqi ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsində mühüm rol oynamış sənətkardır. Onun Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uzun illər ərzində göstərdiyi fəaliyyət, muğam operalarının inkişafına verdiyi töhfələr və yetişdirdiyi sənətkarlar milli musiqi tariximizin mühüm səhifələrini təşkil edir. Onun ifasında “Çahargah” və “Rast” muğamlarının nota alınması, bir sıra muğamların UNESCO xətti ilə vallara və CD-lərə yazılaraq dünya miqyasında yayılması milli musiqi irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm hadisədir.

Qeyd edək ki, Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilən “Bəhram Mansurov. Biblioqrafiya” kitabında sənətkarın həyat və fəaliyyətinin əsas tarixləri, əsərləri, dövri mətbuatda dərc olunmuş məqalələri, onun haqqında yazılmış materiallar, arxiv materialları, elektron resurslar və dünyanın müxtəlif kitabxanalarında mühafizə olunan mənbələr sistemli şəkildə toplanıb.

# 990 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər