BDU-da l şeir forumu keçirilib

BDU-da l şeir forumu keçirilib
21 may 2025
# 11:50

Bakı Dövlət Universitetində I şeir forumu keçirilib.

Kulis.az xəbər verir ki, forumda qələm adamları – Aqşin Yenisey, Qismət Rüstəmov, Fərid Hüseyn, Ramil Əhməd və Nadir Yalçın iştirak ediblər.

BDU-nun rektoru Elçin Babayev çıxış edərək qonaq şairləri salamlayıb, forumun keçirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, bu forum BDU-da ənənə halını almalıdır və növbəti dəfələrdə daha maraqlı, rəsmiyyətdən uzaq formatda təşkil olunmalıdır. Ötən illərin poeziyası ilə müqayisədə maraqlı imzaların bu gün də var olduğunu vurğulayan rektor tələbələrin öz istedad və bacarıqlarını forum çərçivəsində nümayiş etdirməli olduqlarını zəruri hesab edib.

İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair Ələmdar Cabbarlı hər bir qonaq haqqında tələbələrə məlumat verib və qeyd edib ki, onların 3-ü məhz BDU-nun məzunudur. Şeir forumu təşəbbüsünün yüksək mənəvi dəyərlərin qorunmasına və gənclərin zövqünün formalaşmasına xidmət etdiyi vurğulayan Ə. Cabbarlı forumun işinə uğurlar arzulayıb.

Nadir Yalçının moderatorluğu ilə keçirilən forumda şairlərin müasir tendensiyalar, poeziya, yazı prosesinin incəlikləri və ədəbiyyatla bağlı digər fikirləri dinlənilib. Onların hər biri öz yaradıcılığından müxtəlif nümunələr səsləndiriblər.

Qeyd edək ki, forum disskusiya formatında davam edib və müəlliflər tələbələr üçün kitab imzalayıblar.

# 1277 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər