BBC "İpək Yolu - Azərbaycan möcüzələri" proqramını yayımlayacaq

BBC "İpək Yolu - Azərbaycan möcüzələri" proqramını yayımlayacaq
17 avqust 2022
# 12:00

Britaniyanın BBC teleşirkəti "İpək Yolu - Azərbaycan möcüzələri" adlı silsilə veriliş təqdim edəcək.

Kulis.az xəbər verir ki, bu barədə BBC teleşirkəti məlumat verib. Proqramda tarixçi Bettani Hyuzun Qobustan və Şəkiyə səfəri əks olunur. Səyyah səhraya bənzəyən Qobustan çöllərində 40 min illik qeyri-adi qayaüstü rəsmlər barədə izləyicilərinə məlumat verir. Daha sonra o, şimala, qədim İpək Yolu ilə səyahət edən tacirlər üçün mühüm dayanacaq olan Şəkiyə gedir və hələ də ənənəvi üsulla ipək istehsal edən toxucularla qarşılaşır. Bettani, həmçinin Şəki xan sarayını araşdırır.

Verilişin yayımı avqustun 20-nə planlaşdırılıb.

Qeyd edək ki, verliş tarixçi, yazıçı, jurnalist, professor Bettani Hughes tərəfindən təqdim olunacaq. O, indiyə qədər "National Geographic", "Discovery", "PBS", "Channel 4", "Netflix"," ITV" və "History Channel" üçün 50-dən çox televiziya və radio sənədli filmi çəkib. Onun proqramları dünyada 250 milyondan çox tamaşaçı tərəfindən izlənilib.

# 2442 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər