Bayö qobeleni 1000 il sonra ilk dəfə Britanıyada

Bayö qobeleni 1000 il sonra ilk dəfə Britanıyada
23 iyul 2025
# 12:10

Fransanın XI əsrə aid nadir sənət incisi olan Bayö qobeleni 1000 ildən sonra ilk dəfə Britaniyada nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, dəyərli əsərin Fransadan müvəqqəti olaraq gətirilməsi Böyük Britaniyanın Mədəniyyət naziri tərəfindən "Fransa ilə ortaq tariximizin simvolu, əsrlər boyu qurulmuş və bu gün də davam edən münasibətin rəmzi" kimi dəyərləndirilib.

70 metrlik bu sənət əsəri normandiyalı Vilhelmin 1066-cı ildə İngiltərəni fəth etməsini və bu tarixi hadisəyə aparan mərhələləri təsvir edir. Əsərin Bayö yepiskopu Odo tərəfindən sifariş edildiyi güman edilir. Qobelen hazırda Fransanın Normandiya bölgəsində yerləşən Bayö Muzeyində qorunur.

Əsər ilk dəfə olaraq 2026-cı ilin sentyabrından 2027-ci ilin iyul ayına qədər Britaniya Muzeyində nümayiş olunacaq. Böyük Britaniyanın Mədəniyyət naziri Liza Nandi bu barədə verdiyi açıqlamasında deyib:

"Bayö qobeleni Böyük Britaniyada yaradılmış ən məşhur sənət əsərlərindən biridir və onun 2026-cı ildə ölkəmizdə nümayiş olunacağına görə çox şadam. Bu sərgi ortaq tariximizin və dostluğumuzun simvoludur".

Bu razılaşmanın bir hissəsi olaraq Britaniya tərəfi də Fransa muzeylərinə tarixi əşyalar təqdim edəcək. Onların arasında ən önəmlisi 7-ci əsrə aid, məşhur Sutton Hoo cənazə gəmisinə məxsus arxeoloji tapıntılardır. Bu mövzu 2021-ci ildə Ralf Fayns və Keri Malliqanın baş rollarını ifa etdiyi "Qazıntı" ("The Dig") filmində də əks olunub.

Fransaya göndəriləcək nadir əşyalar arasında XII əsrə aid, Şotlandiyanın Luis adasında tapılmış və suiti dişi ilə balina sümüyündən yonulmuş sirli Luuis şahmat fiqurları da olacaq.

# 1687 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər