Baş redaktor və müavininə hökm oxundu

Baş redaktor və müavininə hökm oxundu
5 mart 2025
# 16:32

"Bizim dövr" qəzeti və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Kulis.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.

Hər iki təqsirləndirilən şəxs məhkəmədən bəraət istəyib.

Məhkəmə müşavirəyə yollanıb, daha sonra hökm oxunub.

Hökmə əsasən, Surxay Əliyev 7 il 6 ay, Hikmət Nəcəfli isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Əlavə olaraq onlara 3 il müddətinə rəhbər və maddi məsul şəxs kimi vəzifə tutmaq səlahiyyəti qadağan edilib.

Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Xatırladaq ki, dövlət ittihamçısı Surxay Əliyevin 9 il, Hikmət Nəcəflinin 9 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

Surxay Əliyev və Hikmət Nəcəfli Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

# 2539 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər