"Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq

"Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq
19 iyun 2023
# 14:40

İyunun 25-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Balaca kişilər" tamaşası növbəti dəfə nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanının quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir. Real hadisələr əsasında hazırlanan səhnə əsərində vətənini sevən, onun uğrunda son damla qanına qədər vuruşan, sevdiklərini, ailəsini geridə qoyaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igid gənclərimizin həyatından, taleyindən bəhs olunur.

Tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.

Qeyd edək ki, ötən ayın 27-28-də "Balaca kişilər" tamaşasının premyerası uğurla baş tutub.

# 2791 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər