Baku TV-nin “Söz” sənədli filmi təqdim edildi

Baku TV-nin “Söz” sənədli filmi təqdim edildi
9 iyul 2025
# 21:10

Nizami Kino Mərkəzində Baku TV-nin istehsal etdiyi “Söz” qısametrajlı sənədli filminin təqdimat mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, film 44 günlük Vətən müharibəsinə həsr olunub. Ekran işində Baku TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbərin həyat hekayəsi öz əksini tapıb.

Təqdimat mərasimində çıxış edən Baku TV-nin direktoru Ramin Cəfərov bildirib ki, “Söz” sənədli filminin beynəlxalq müsabiqələrdə qələbə qazanması Baku TV-nin uğurudur və bu, komandanın zəhmətinin və peşəkarlığının nəticəsidir.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.

Qeyd edək ki, “Söz” filmi Los-Ancelesdə keçirilən və hər il minlərlə filmin təqdim olunduğu “Accolade Global Film Competition”da da mükafata layiq görülüb. Ekran əsəri, həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

# 1915 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər