"Baku Summer Jazz Days" festivalı baş tutacaq

"Baku Summer Jazz Days" festivalı baş tutacaq
20 iyun 2022
# 14:00

İki illik fasilədən sonra Bakı yay caz günləri (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edir.

Kulis.az xəbər verir ki, builki festival çərçivəsindəki təşkil ediləcək konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir.

İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.

Trionun lideri Kohen caz ifaçısı və pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyicilər ilə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur caz festivallarında, eləcə də Nyu-Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində bir çox məşhur musiqi məkanlarında çıxış edib.

Emmet Cohen Amerika Piano Assosiasiyasının, 2019-cu il “Amerika pianoçuları mükafatı”nın sahibidir.

İyulun 7-də proqram, məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi, Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi musiqiçilərlə birlikdə çıxış edib. O Bakıda, Türkiyədən olan cazmenlərin çıxış edəcəyi məşhur “İstanbul sessions” layihəsini təqdim edəcək.

Hər iki gün festival səhnəsi, həmçinin bizim caz qruplarımıza təqdim olunacaq. Bu, əsl millətlərarası caz musiqisi dialoqu olacaq.

Diana Hacıyeva – müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. Müğənni, musiqi prodüseri və bəstəçi kimi fəaliyyət göstərərək ən müxtəlif heyətlərlə çıxış edir. 2012-ci ildən DiHaj adı altında öz musiqi fəaliyyətini nümayiş etdirən heyətin prodüseridir.

Firudin Həmidov – gənc nəslə aid olan caz trumpet ifaçısı və bənd lideridir. Hazırda Azərbaycanın ən tanınmış gənc heyətlərindən biri olan “H3 Collective”-in yaradıcısı və rəhbəridir. H3 Collective və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətlərində çalışır.

Qeyd edək ki, festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə təşkil olunacaq.

# 2446 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər