“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək
18 avqust 2025
# 14:32

Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi ilə “Bakı Yaradıcı Həftə 2025” çərçivəsində oktyabrın 6-dan 12-dək “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərəfdaşlığı ilə təşkil olunacaq festival dünyanın müxtəlif ölkələrindən kino istehsalçılarını, prodüserləri və kino həvəskarlarını bir araya gətirəcək.

Festivalın əsas məqsədi Azərbaycanın regionda mədəni mübadilə və kino sahəsində beynəlxalq əməkdaşlıqların qurulduğu mühüm mərkəzə çevrilməsinə töhfə verməkdir.

Tədbir çərçivəsində 3000-ə yaxın yerli və xarici qonaq qəbul ediləcək, yaradıcı dialoq, birgə istehsal imkanları və kino sənayesində əməkdaşlıq üçün geniş platforma yaradılacaq. Festivalı mədəni əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, “Baku Cinema Breeze” çərçivəsində Şərq ölkələrinin film marketi, II “ATA” Türk Dünyası Animasiya Festivalı, İslam ölkələrinin kino günləri və “CinemaTalks” panel müzakirələri təşkil olunacaq.

# 1672 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər