“Baku 2023” adlı beynəlxalq fotomüsabiqəyə yekun vuruldu

“Baku 2023” adlı beynəlxalq fotomüsabiqəyə yekun vuruldu
21 dekabr 2023
# 10:13

Gilavar Foto Klubunun təşkilatı dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən “Baku 2023” adlı beynəlxalq fotomüsabiqənin nəticələri məlum olub.

Kulis.az xəbər verir ki, fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib.

Müsabiqəyə dünyanın 58 ölkəsindən 304 fotoqraf tərəfindən 4 min 435 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Türkiyə, Polşa və Serbiyadan olan 4 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Baku 2023” adlı beynəlxalq fotomüsabiqə beşinci dəfədir keçirilir: “Bu cür beynəlxalq foto müsabiqələri keçirtməkdə məqsədimiz həm fotoqraflarımızın nüfuzlu yarışlarda iştirakına şərait yaratmaq, həm də ölkəmizi təbliğ etməkdir. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Bu dəfə 6 fotoqrafımız müsabiqədə fərqlənib. Onlardan Nurlan Tahirli bir qızıl medal və bir diplom, Valeri Xlızov iki bürünc medal və bir fəxri lent, Kərim Abbasov iki fəxri lent, Teymur Məmmədov, Nadejda Cavadova və Ruslan Hacızadə bir fəxri lent qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 3-ü medal olmaqla toplam 10 mükafat əldə olunub”.

Qeyd edək ki, Gilavar Foto Klubu tərəfindən hər il “Azerbaijan Photo Salon” və “Baku” adlı beynəlxalq fotomüsabiqələr təşkil edilir.

# 2228 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər