Bakıda yay caz günləri festivalının açılışı oldu

Bakıda yay caz günləri festivalının açılışı oldu
7 iyul 2022
# 10:00

İki illik fasilədən sonra “Bakı Yay Caz Günləri” fəaliyyətini bərpa edib.

Kulis.az APA-ya istinadla xəbər verir ki, bu il festival dördüncü dəfə keçirilib. Konsert proqramı Heydər Əliyev Mərkəzinin parkında açıq havada baş tutub.

Festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açıb.

Trionun lideri Kohen caz ifaçısı və pedaqoqdur.

O, bütün yaş qruplarından olan tələbələrinə dinləyicilər ilə ünsiyyət sənətini öyrədir.

Caz ifaçısı Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur festivallarda, eləcə də Nyu-Yorkdakı “Rose Hall” və Vaşinqtondakı Kennedi Mərkəzində bir çox məşhur musiqi məkanlarında çıxış edib.

Emmet Cohen Amerika Piano Assosiasiyasının, 2019-cu il Amerika Pianoçuları Mükafatının sahibidir.

Festivalın ikinci günündə - sabah isə məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahin çıxış edəcək.

Qeyd edək ki, hər iki gündə festival çərçivəsində yerli caz qrupları və ifaçıları da çıxış edəcək.

# 2536 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər