"Bakıda yaşaya bilmədim deyə Şamaxıya köçdüm" - Şəhriyar del Gerani

"Bakıda yaşaya bilmədim deyə Şamaxıya köçdüm" - Şəhriyar del Gerani
3 iyul 2025
# 23:05

"Uzun-uzadı zamandan sonra düşünüb-daşınıb, daşınıb-düşünüb həyatım üçün mühüm qərar qəbul etdim, nəhayət.
Canım-gözüm Bakı ilə əlvidalaşıb köçdüm ulu babam Hacı Alıqulunun yurdu, dost-doğmam Şamaxıya".

Kulis.az xəbər verir ki, bu fikirləri şair Şəhriyar del Gerani sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib. O, bu qərarın həm bundan sonrakı fiziki ömrünü, həm də mənəvi, yaradıcılıq taleyini müəyyənləşdirəcəyini bildirib:

"Bakı əksər insanlar kimi mənim də arzularımın şəhəri olub. Bakı əksər yaradıcı insanlar kimi mənə də kimlik qazandırıb. Bu gün müasir Azərbaycan ədəbiyyatında pis-yaxşı bir Şəhriyar Del Gerani imzası varsa, bunu heç şübhəsiz, Bakıya borcluyam.

Uzun söhbətlərdir bunlar, sağlıq olsun, nə vaxtsa yazaram. Bütün bu mötəbər tərəfləri ilə yanaşı, bəli, bu, haqq sözdür: Mən son illər Bakıda heç bir təhər yaşaya bilmədim. Bir də baxdım ki, mən Bakıda yaşamıram, Bakıya dözürəm. Onu da dəqiq bilirəm, bəli, “dözmək” deyə bir anlayış aldanışdır, insan heç nəyə dözmür əslində, sadəcə, şam kimi əriyir günü-gündən, adına dözmək deyir. Belə."

Şair paylaşımında bu qərarı ilə bağlı daha sonra açıqlama verəcəyini də qeyd edib: "Bu qərarımı eşidən-bilən hər kəsdə yaranan ilk sual budur: Niyə məhz Şamaxı? Deyəcəm, inanmayacaqsız. Ona görə də bu sualı açıq saxlayıram qeyri-müəyyən vaxtacan. Sağlıq olsun, günlərin bir günü bu sualın cavabını yazaram. Eşqlər!"

# 2455 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər