Bakıda Xalq Teatrları Festivalı keçirildi

Bakıda Xalq Teatrları Festivalı keçirildi
22 oktyabr 2024
# 10:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə dramaturq, şair və nasir Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə Bakı Şəhər Xalq Teatrları Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, festival mədəniyyət müəssisələrində fəaliyyət göstərən xalq teatrlarının, eləcə də, dram dərnəklərinin işinin daha da səmərəli təşkili, özfəaliyyət teatr kollektivlərinə gənc nəslin cəlb edilməsi, xalq teatrlarının və dərnəklərin fəaliyyətini dövrün tələblərinə uyğun qurulması məqsədilə təşkil olunub.

Festivalda 20 xalq teatrı iştirak edib. İlk seçim müsabiqəsi oktyabrın 19-da Şağan qəsəbə Mədəniyyət Mərkəzində, oktyabrın 20-də isə Mərdəkan Mədəniyyət Sarayında reallaşıb.

Nümayiş olunan tamaşalar münsiflər heyətinin üzvləri Xalq artisti Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Əli Əmirli və Bəhram Osmanov tərəfindən rejissor işi, musiqi tərtibatı, bədii tərtibat, aktyor oyunu kriteriyaları üzrə dəyərləndirilərək qiymətləndirilib.

Qeyd edək ki, festivalın bağlanış və mükafatlandırma mərasimi oktyabrın 26-da Mərdəkan Mədəniyyət Sarayında keçiriləcək.

# 1583 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər