Bakıda Mehmet Akifin kitabının təqdimat mərasimi keçirildi

Bakıda Mehmet Akifin kitabının təqdimat mərasimi keçirildi
8 dekabr 2023
# 18:00

Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin dünyaca məşhur şairi Mehmet Akif Ersoyun Azərbaycan dilinə uyğunlaşdırılan şeir kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində TÜRKSOY-un Baş katibi Sultan Raev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, həmçinin ölkənin bir sıra mədəni-ictimai xadimləri, media mənsubları iştirak edib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açıb.

O, TÜRKSOY-un mədəni irsə, ümumiyyətlə incəsənət sektoruna verdiyi dəyərlərdən söz açıb.

Daha sonra TÜRKSOY-un Baş katibi Sultan Raev Mehmet Akif Ersoyun yaradıcı dünyası haqqında düşüncələrini bölüşüb.

"Ersoy sadəcə bir şair deyildi, o həm də düşüncə adamı idi. Onun şeirləri estetik zövq verməklə yanaşı, insanlığa dair ciddi mesajlar verir".

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov nazirliyin adından qonaqları salamlayaraq, şair haqqında fikirlərini ifadə edib: "İlk dəfədir ki, Mehmet Akif Ersoyun şeirləri Azərbaycan dilində kitab şəklində dərc olunur. Amma Mehmet Akif Azərbaycan oxucusu üçün yad deyil. Biz Mehmet Akifi Türkiyə türkcəsində də oxumuşuq, duymuşuq".

Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar TÜRKSOY vasitəsilə türk dünyasının daha da yaxınlaşdığını bildirib: "Mehmet Akif nadir şairlərdəndir ki, onun mətni oxunanda hamı ayaqüstə qalxır. Söhbət Türkiyə himnindən gedir, təbii. Ümumilikdə isə, kitabın Azərbaycan dilində tərcüməsi böyük hadisədir".

Mətbuat Şurasının sədri şair Rəşad Məcid də, öz növbəsində, kitabın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü ifadə edib: "Mehmet Akifi bizlər onsuzda türkçədən çox yaxşı tanıyırıq. İndi də ana dilimizdə tanış olmağımız böyük təşəbbüsdür".

Çıxışlar bitdikdən sonra bir qrup mədəni-ictimai xadim TÜRKSOY-un 30 illik yubiley medalı ilə təltif edilib.

Qeyd edək ki, şeirləri Türkiyə türkcəsindən Azərbaycan dilinə uyğunlaşdıran şair Elşən Mehdi, redaktoru isə şair Səlim Babullaoğludur.

# 2022 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər