Bakıda Kukla Festivalının bağlanış mərasimi oldu

Bakıda Kukla Festivalının bağlanış mərasimi oldu
3 may 2024
# 15:30

Türkiyədə start götürən III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı Bakıda başa çatıb.

Kulis.az xəbər verir ki, Türkiyənin Ankara və İstanbul şəhərlərinin ardınca festival təşkilatçıları və qardaş ölkənin tanınmış teatr və mədəniyyət xadimləri Azərbaycana səfər edərək iki gün müddətində bakılı teatrsevərlər qarşısında çıxışlar ediblər.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, TİKA-nın, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının da dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.

On gün davam edən ənənəvi beynəlxalq festivalın ilk mərhələsi Ankara, ikinci mərhələsi İstanbul şəhərlərində olub.

Tədbirdə Azərbaycanla yanaşı İtaliya və Almaniyadan müxtəlif kukla teatrları və sənətçi qrupları da iştirak ediblər.

Azərbaycandan gedən yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə - “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşaları ilə çıxış edərək maraqla qarşılanıblar.

Festivalın son mərhələsi Bakıda keçirilib. Teatrsevərlər hər gün iki seans olmaqla Türkiyənin məşhur teatr təmsilçilərinin təqdim etdikləri tamaşa-performansları izləmək fürsəti qazanaraq həm məşhur "Hacıvat və Qaragöz"ün - iki əzəli və əbədi sevimli düşmənin macəralarını bəyaz pərdə arxasından izləyib, həm də müasir kukla sənəti ilə klassik xalq tamaşa personajlarının sintezində səhnəcikləri alqışlayıblar.

Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliyi təmsilçilərinin, incəsənət xadimləri və uşaq yazarlarının qatıldığı festivalın təntənəli bağlanış mərasimində tamaşaçılar qonaqların təqdimatında rəngarəng səhnəciklərlə yanaşı “Oyuq” Teatrının yetirmələrinin konsert proqramını da izləyiblər.

Sonda qardaş ölkədən gələn sənət təmsilçilərinə festivalın yüksək səviyyədə təşkilinə və iki qardaş ölkə arasında kukla teatrı istiqamətində əlaqələrin möhkəmləndirilməsində töhfələrinə görə Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri verilib.

Xatırladaq ki, artıq üç dəfə keçirilən festival bu ildən başlayaraq hər il bir türk dövlətini özünün tərəfdaşı seçməklə festivalın bağlanış mərasimini məhz qastrol ovqatında tamamlayacaq.

# 2355 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər