Bakıda dünyaşöhrətli musiqi xadimindən ustad dərsi

Bakıda dünyaşöhrətli musiqi xadimindən ustad dərsi
27 aprel 2022
# 10:00

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q.Qarayev adına konfrans zalında "Barokko günləri" Beynəlxalq musiqi festivalı çərçivəsində dünyaşöhrətli musiqi xadimi, professor Vincenzo De Vivonun ustad dərsi keçirilib.

Kulis.az xəbər verir ki, ustad dərsində Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımovanın, Xalq artisti Gülnaz İsmayılovanın, Əməkdar artist İlham Nəzərovun tələbələri - Öztürk Adelin, Sübhan Rüstəmov, Leyla Baxışova, Emin İsmayıl, həmçinin Bakı Musiqi Akademiyasını müxtəlif illərdə bitirən məzunlar da iştirak ediblər.

İfaçılar G.F.Hendelin "Alcina" operasından Ruqqiyeronun ariyası, G.F.Hendelin "Yuli Sezar" operasından Sestonun ariyası, V.A.Mosart "Fiqaronun toyu" operasından Contessanın ariyası, F.Durante "Danza, danza fanciulla gentile..." əsərlərini ifa ediblər.

Üç saatdan çox davam edən ustad dərsində V.Vivo gənc musiqiçilərə barokko dövrünün musiqi əsərlərini ifa edərkən, həmin dövrün bədii üslubunun xüsusiyyətlərini, bəstəkarların yaradıcılığını yaxından öyrənməyi, ifa zamanı düzgün nəfəs texnikası, sözlərin tələffüzünə diqqətlə fikir verməyi, eyni zamanda, hər bir ifaçıya fərdi yanaşaraq öz tövsiyələrini verib.

# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər