Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək

Bakıda “Azerbaijan Fashion Week - 2023”  moda həftəsi keçiriləcək
28 noyabr 2023
# 10:15

Noyabrın 29-dan dekabrın 3-dək Bakıda “Azerbaijan Fashion Week - 2023” moda həftəsi keçiriləcək. Builki tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Yaradıcı Həftə" çərçivəsində təşkil olunub. Tədbir xarici həmkarların milli və regional brendlərin, mal və xidmətlərin populyarlaşdırılması üçün birgə əməkdaşlığa cəlb edilməsinə imkan yaradacaq.

Kulis.az xəbər verir ki, layihə milli brendlərin yerləşdirilməsi və təşviq edilməsi məsələlərinə yönəldilib. Bu tədbir moda dizaynerləri, bayerlər, yerli və xarici media nümayəndələri və moda sənayesinə yaxın olan digər mütəxəssislərin əməkdaşlığını birləşdirən platformadır. Bundan əlavə, o, moda sektorunun inkişafına təkan verəcək və bütövlükdə moda, dizayn və mədəniyyət sahəsində mövcud problemlərin həlli vasitələrinin təkmilləşdirilməsinə kömək edəcək.

Moda dünyasındakı sürətli dəyişiklikləri nəzərə alaraq, “Azərbaycan Moda Həftəsi” çərçivəsində “Azerbaijan Fashion Forward” müsabiqəsinin təqdimatı keçiriləcək. Həmçinin tanınmış modelyer Orxan Sultanın gənc modelyerlər üçün master-klassı təşkil olunacaq. Tədbir dekabrın 2-si saat 12:00-da "Creative hub" Təhsil-İnkubasiya Mərkəzində keçiriləcək.

“Azərbaycan Moda Həftəsi” dekabrın 3-ü saat 19:00-da “The Ritz-Carlton” otelində keçiriləcək 15-ci Yubiley moda nümayişi ilə başa çatacaq. Podiumdakı kolleksiyaları yalnız Azərbaycandan deyil, həm də yaxın xaricdəki Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Qırğızıstan kimi dost ölkələrdən olan dizaynerlər təqdim edəcəklər.

Azərbaycanda moda həftələrinin keçirilməsinə start verən “Azerbaijan Fashion Week” layihəsinin ilk mövsümü 2015-ci ilin may ayında keçirilib.

Azertac

# 2649 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər