Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Bakıda 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək
2 avqust 2024
# 15:50

Oktyabrın 2-dən 6-dək Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi, Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycan” kinoteatrında 7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu il festivala 2 beynəlxalq və 2 yerli kateqoriya üzrə 37 ölkədən 196 film daxil olub. Seçim komissiyası bütün filmləri dəyərləndirərək, müsabiqə şərtlərinə uyğun gələn 18 ölkədən 48 filmin müsabiqədə iştirak etməsini məqbul sayıb. Onlardan 12 film yerli, 36 film isə beynəlxalq kateqoriyalarda yarışacaqlar.

Demetrios Poursanidis (Yunanistan), Nitya Ramlogan (ABŞ), Nəzrin Ağamalıyeva, Elşən Cəbrayılzadə, Məsud Alısoy, Vəfa Piriyevanın (Azərbaycan) təmsil olunduğu festivalın seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Müsabiqədə iştirak edəcək filmlər arasında həm bu sahədə öz sözünü demiş peşəkar animatorların, həm də animasiya dünyasına yeni daxil olmuş istedadlı gənclərin filmlərini görmək mümkün olacaq.

Müsabiqədə iştirak etməsi üçün seçilmiş filmlər beynəlxalq münsiflər heyəti və tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər 7-ci ANİMAFİLM festivalının bağlanış mərasimində elan olunacaq. Münsiflər heyətinin üzvləri isə yaxın zamanda açıqlanacaq.

Qaliblər üçün nəzərdə tutulan mükafatlar - Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi ¬¬– Grand Prıx”, Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi”, Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi”, “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi”, “Tamaşaçı rəğbəti” mükafatı və “Tərəfdaşların xüsusi mükafatları”dır.

# 1954 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər