Bakı Uşaq və Gənclər Teatrı yeni mövsümün açılışını edəcək

Bakı Uşaq və Gənclər Teatrı  yeni mövsümün açılışını edəcək
21 sentyabr 2022
# 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını 27 sentyabr 19:00-da keçirməyi planlaşdırır.

Kulis.az xəbər verir ki, açılış R.Behbudov adına Mahnı Teatrında keçiriləcək. Açılışda "Cənnətə bilet" tamaşası nümayiş olunacaq.

Torpaqlarımızın azadlığı uğrunda öz canından, qanından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunmuş tamaşanın müəllif və rejissoru İlhamə Əhmədovadır.

II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb.

Ailəsinin qürurla döyüşə yola saldığı qəhrəmanımız üçün keçirdikləri narahatlıq tamaşada öz əksini tapıb. Şəhid qəhrəmanın 2 övladı öz babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bunun üçün atalarının yanına getməyə bilet almaq üçün pul yığırlar.

Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədəki şəhid olan oğulllarımızçün keçirdiyimiz qürur dolu kədər öz əksini tapıb.

Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunmuşdur.

Rəssam Sevda Məmmədova, musiqi tərtibatı Rauf Huseynli, rollarda baba - Mehman Piriyev, nənə - Flora Hüseynova, şəhid – Röyal Allahverdiyev ( II Qarabağ müharibəsi iştirakçısı), gəlin – Türkan Şahmarlı, uşaqlar – Toğrul İsabəyli və Əli Babayev.

# 3064 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər