Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi əməkdaşlıq edəcək

Bakı Avrasiya Universiteti ilə Dünya Gənc Türk Yazarlar Birliyi əməkdaşlıq edəcək
21 iyun 2025
# 12:00

Dünya Gənc Türk Yazarlar Birliyi (DGYTB) ilə Bakı Avrasiya Universiteti (BAU) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Kulis.az xəbər verir ki, memorandumu BAU-nun rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Səyavuş Qasımov və DGYTB-nin başqanı, şair-publisist İntiqam Yaşar imzalayıblar.

Görüşdə tərəflər birgə təşkil olunacaq konfranslar, seminarlar, nəşrlər və digər mədəni layihələr haqqında ətraflı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı imzalanmış sənədin gələcəkdə həyata keçiriləcək ortaq layihələr və ədəbi-elmi yönümlü əməkdaşlıqların əsasını qoyduğu vurğulanıb.

Qeyd edək ki, əməkdaşlıq memorandumu iki qurum arasında ədəbi və elmi istiqamətdə daha sıx əlaqələrin qurulmasına, gənc yazarların dəstəklənməsinə və ortaq türkcədə ədəbi nümunələrin təşviqinə xidmət edəcək.

# 1828 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər