Azərbaycanlı yeniyetmə tiktoker Nyu-Yorkda faciəvi şəkildə öldü

Azərbaycanlı yeniyetmə tiktoker Nyu-Yorkda faciəvi şəkildə öldü
10 oktyabr 2025
# 16:02

ABŞ-də yaşayan 12 yaşlı azərbaycanlı tiktoker Zemfira Muxtarova Nyu-Yorkda metro qatarının üstündə sörfinq edərkən ölüb.

Kulis.az xəbər verir ki, polisin açıqlamasına görə, Zemfira sosial şəbəkədə tanış olduğu başqa bir yeniyetmə - 13 yaşlı Ebba Morina ilə birgə adrenalin yaşamaq üçün evlərindən gizlincə çıxıblar.

Qatar stansiyaya çatarkən yeniyetmələr “Villiamsburg” yaxınlığında relslərin yanında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili yardım əməkdaşları hər iki qızın öldüyünü təsdiqləyib.

Şahidlərin polisə verdiyi məlumata görə, Zemfira və Ebba həlak olmazdan əvvəl, təxminən, 15 yeniyetmə ilə birlikdə qatarın üzərində qaçıblar.

Yeniyetmənin anası Svetlana Rudenko övladının sosial şəbəkə hesabının olduğunu bilsə də, təhlükəli paylaşımlarından xəbərsiz olduğunu söyləyib

Muxtarovlar ailəsi onun ölüm xəbərini televiziya vasitəsilə öyrəniblər. Zemfiranın 11 yaşlı bacısı Məryəm xəbərlərdə həlak olan qızlardan birinin bacısı olduğunu onun “skeytbord”u və pul kisəsindən tanıyıb.

Zemfiranın atası, əslən azərbaycanlı olan Ruslan Muxtarov “gofound” saytında müraciət yaradıb və qızının dəfn xərclərini toplamaq məqsədilə insanlardan yardım istəyib.

Qeyd edək ki, qatarın üstündə sörfinq ABŞ-də viraldır. Təkcə ötən il bu trendə qoşulan 6 yeniyetmə həlak olub.

# 1980 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər