Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü

Azərbaycanlı yazıçının kitabı Türkiyədə işıq üzü gördü
21 iyul 2026
# 14:05

Tanınmış yazıçı Tamara Vəliyevanın “Günəşin arxasında” hekayələr kitabı İstanbulda “Nestor” nəşriyyatında çap olunub.

Kulis.az xəbər verir ki, nəşriyyat yazıçının hekayələrini Azərbaycan tarixinin 1980-ci illərdən sonrakı dövrünə işıq salan ədəbi-bədii məxəz kimi qiymətləndirib.

Təqdimatda böyük sürətlə keçən çağdaş zamanda sadə insanların hiss və duyğularının peşəkarlıqla qələmə alındığı qeyd edilib.

Yazıçı Tamara Vəliyevanın keçdiyi həyat yolu barədə yığcam girişlə açılan nəşrdə müəllifin ötən əsrin ikinci yarısında böyüdüyü aran kəndinin həyatı, özünün doğmaları və ailəsi, uşaqlıq illəri, yazıçılığa meyli barədə xatirələri əksini tapıb.

Qeyd edək ki, 20-dən artıq hekayənin yer aldığı kitabı türk dilinə Məlahət Abbasova və Hilmi Zəfər Şahin çeviriblər.

# 810 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər