Azərbaycanlı violin ifaçısı Avstriyada və Çexiyada çıxış edəcək

Azərbaycanlı violin ifaçısı Avstriyada və Çexiyada  çıxış edəcək
4 oktyabr 2023
# 17:30

Azərbaycanlı violin ifaçısı, Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli “Silberbauer's Musical Podyjí” beynəlxalq musiqi festivalı çərçivəsində konsert proqramı ilə çıxış edəcək.

Kulis.az xəbər verir ki, konsertlər kamera orkestrinin müşayiəti ilə, isveçrəli dirijor Sebastien Bagnoudun rəhbərliyi altında oktyabrın 14-15-də Avstriyanın Reşits şəhərində yerləşən Müqəddəs Nikolay kilsəsində və Çexiyanın Yevişoviç şəhərindəki Müqəddəs Yozef kilsəsində baş tutacaq.

Proqramda Antonio Vivaldinin "İlin fəsilləri" və Astor Pyatsollanın " Buenos-Ayresdə İlin fəsilləri" əsərləri səsləndiriləcək.

Qeyd edək ki, “Silberbauer's Musical Podyjí” beynəlxalq musiqi festivalı “Qeyri-adi əlaqələr” şüarı altında artıq dördüncü dəfədir keçirilir.

# 2734 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər