Azərbaycanlı sosial media fenomeninin adı dünya məşhurları ilə bir arada

Azərbaycanlı sosial media fenomeninin adı dünya məşhurları ilə bir arada
12 may 2026
# 14:29

Amerikada yaşayan azərbaycanlı gözəllik yaradıcısı, vizajist və sosial media fenomeni Günay Həsənovanın adı dünyanın tanınmış adamları ilə bir sırada www.famousbirthdays.com (məşhurların doğum günü) saytına daxil edilib.

Kulis.az xəbər verir ki, o, bu məşhur saytda “TikTok Star” (TikTok ulduzu) kimi yer alıb.

Instagram və TikTok hesablarında @gunaiiita ünvanı ilə transformasiya makiyaj videoları paylaşmaqla məşğul olan Günay Həsənova adi makiyaj vasitəsilə dünyanın məşhur sənət adamlarının, kino ulduzlarının və müğənnilərin hiperrealistik simalarını ustalıqla yaratması ilə məşhurlaşıb.
Onun yaratdığı personajlar sırasında David Bowie, Frida Kahlo, Leonardo Di Caprio, Turkan Soray, Maleficent, Harley Quinn, Daenerys Targaryen Bellatrix Lestrange kimi məşhurlar var. Xatırladaq ki, təkcə “Titanik” filmindəki Rouz personajı üzrə yaratdığı video materiala 5 milyondan çox izləyici baxıb.

Nəticədə, bu kimi paylaşmalar ona 220.000-dən çox TikTok izləyicisi və 150.000 İnstaqram izləyicisi qazandırıb.

Günay Həsənovanın dünya sosial şəbəkə sistemində uğur qazanmasında, təbii ki, onun Azərbaycan dilindən başqa türk, ingilis və italyan dillərini mükəmməl bilməsi də xüsusi rol oynayıb. Romada Avropa Dizayn İnstitutunda ali təhsil alarkən moda, dizayn və makiyaj sahəsində qazandığı zəngin biliklər transformasiya makiyaj videolarının peşəkar tərtibatına imkan yaradıb.

O, 2018-ci ildən YouTube platformasında müntəzəm makiyaj dərsləri paylaşmaqla məşğul olub. 2020-ci ildən TikTok və Instaqramda paylaşımlar etməyə başlayıb. Onun ilk məşhur makiyaj videolarından biri Helena Bonham Karterə həsr olunub.

2022-ci ildən isə məşhurların transformasiya videoları artıq hər iki platformada ona şöhrət qazandırıb.

# 1431 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər