Azərbaycanlı şairin kitabı tatarca çap olundu

Azərbaycanlı şairin kitabı tatarca çap olundu
5 yanvar 2026
# 16:06

Moskvada yaşayan azərbaycanlı şair-tərcüməçi, publisist və ictimai xadim Afaq Şıxlının “Bəxt ulduzu” adlı şeirlər kitabı Tatarıstanın paytaxtı Kazan şəhərində tatarca işıq üzü görüb.

Kulis.az bildirir ki, bu barədə beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı məlumat verib.

“Bəxt ulduzu”nun layihə rəhbəri, “Ön söz”ün müəllifi Tatarıstan Yazıçılar Birliyinin rəhbəri, Tatarıstan Dövlət Sovetinin deputatı, Xalq şairi, Dövlət mükafatı laureatı Rkail Zəydulladır.

Tatarıstan Yazıçılar Birliyinin “Ədəbi birlik” seriyasından yayınlanan kitabda yer alan şeirləri tatar dilinə bu birliyin üzvü, filologiya elmləri üzrə fəlsəfə doktoru, türkoloq-alim, tərcüməçi Asiya Rəhimova çevirib. Müəllifin lirizmi, intonasiyası və poetik semantikası orijinalın ruhuna uyğun şəkildə qorunub saxlanılıb. Bu nəcib təşəbbüs, Tatarıstanla Azərbaycan, bütövlükdə türk xalqları arasında ədəbi bağların möhkəmləndirilməsi baxımından önəmli bir ədəbi-mədəni hadisə kimi dəyərləndirilir.

O qeyd edib ki, mövzu və ideya baxımından “Bəxt ulduzu” dostluq, məhəbbət, vətən sevgisi, insanın iç dünyası və mənəvi axtarışları əhatə edən lirik-poetik toplu olaraq seçilir. Şeirlər oxucunu fərdi duyğulardan ümumtürk mənəvi yaddaşına aparan poetik bir gəzintiyə çağırır.

“Afaq Şıxlı Azərbaycan, Rusiya və Avrasiya Yazıçılar birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvüdür. O, uzun illərdir müxtəlif xalqların poeziya örnəklərini Azərbaycan və rus dillərinə çevirir, eyni zamanda, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsində məsul katib vəzifəsini daşıyır. İxtisasca həkim olan şairin ədəbi yaradıcılığı dərin humanist məzmunu ilə diqqət çəkir. Türk dünyasının önəmli mədəni ocaqlarından olan Kazanda işıq üzü görən “Bəxt ulduzu”nun tatar oxucularının rəğbətini qazanacağına, yeni ədəbi bağların qurulmasına töhfə olacağına ümid edirik”, - deyə Ə.Qoşalı əlavə edib.

# 1279 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər