Azərbaycanlı şair Venesuelada keçirilən Poeziya Festivalında

Azərbaycanlı şair Venesuelada keçirilən Poeziya Festivalında
26 iyul 2025
# 10:20

Venesuelanın paytaxtı Karakasda XIX Ümumdünya Poeziya Festivalında ölkəmizi Yazıçılar Birliyinin üzvü, “Xəzər” jurnalının əməkdaşı, şair-tərcüməçi Mahir Qarayev təmsil edib.

Kulis.az xəbər verir ki, Venesuela yazıçı və şairləri Anna Mariya Palomaresin “Od və kül arasında” (“De fuego o de ceniza”), Freddi Nyanyesin “Yad ev” (“Casa Ajena”) və Xorxe Rodrigesin “Külə dönmüş çay” (“Río quemado”) kitabları onun tərcüməsində ana dilimizdə nəşr olunub.

Festival ərəfəsində Mahir N.Qarayevin bir neçə şeiri də ispan dilinə tərcümə olunaraq populyar nəşrlərdə yayılıb.

Bir həftə davam edən festival çərçivəsində müxtəlif şairlərin ispan dilində şeirlərinin Azərbaycan, ingilis və digər dillərdə tərcümələri elektron formatda göstərilib, təşkil olunan kitab sərgisində ölkəmizdə ingilis və ispan dillərindən tərcümə kitabları nümayiş edilib.

Qeyd edək ki, Mahir Qarayev Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfirliyinin dəstəyi ilə reallaşan səfərində otuzdan çox ölkənin yazarları ilə ünsiyyət qurub, klassik və müasir ədəbiyyatımız haqqında onlara məlumat verib.

# 1992 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər