Azərbaycanlı şair Cəfər Pənahinin filminin nümayişində çıxış etdi

Azərbaycanlı şair Cəfər Pənahinin filminin nümayişində çıxış etdi
30 aprel 2026
# 12:40

Azərbaycanlı şair Ümid Nəccari Belçikanın Vilsbeke şəhərində keçirilən nüfuzlu MOOOV Film Festivalında xüsusi çıxışla iştirak edib.

Kulis.az xəbər verir ki, aprelin 29-da baş tutan tədbir dünyanın müxtəlif ölkələrindən sənət adamlarını, yazar və ictimai fəalları bir araya gətirib.

Festival çərçivəsində insan haqları, miqrasiya və qlobal problemlər kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Yerli və beynəlxalq auditoriya üçün mədəniyyətlərarası dialoq platformasına çevrilən tədbirin əsas simalarından biri də həmyerlimiz Ümid Nəccari olub.

Şair çıxışında ədəbiyyatın, xüsusən də poeziyanın insan hüquqlarının müdafiəsində oynadığı əvəzsiz roldan və öz şəxsi yaradıcılıq təcrübəsindən bəhs edib. Daha sonra o, beynəlxalq auditoriya qarşısında öz şeirlərini səsləndirərək iştirakçıların böyük marağına səbəb olub.

Qeyd edək ki, tədbir çərçivəsində məşhur iranlı rejissor Cəfər Pənahinin Kann Film Festivalında “Qızıl Palma budağı”na layiq görülmüş “It Was Just an Accident” (Bu, sadəcə bir təsadüf idi) filminin nümayişi də baş tutub. Siyasi repressiya, travma və yaddaş kimi ağır mövzuları dərin psixoloji aspektdə təqdim edən ekran əsərinin nümayişindən əvvəl xüsusi müzakirə paneli təşkil olunub. İştirakçılar əsərdə qaldırılan mürəkkəb etik və ictimai məsələlər ətrafında fikirlərini bölüşüblər.

Görüşün sonunda sənətin, eləcə də festival çərçivəsində keçirilən bu cür müzakirələrin fərqli cəmiyyətlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinə mühüm töhfə verdiyi xüsusi vurğulanıb.

# 1123 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər