Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda
9 oktyabr 2025
# 13:16

Rejissor Mətləb Muxtarovun "Yaddaş sarayları" qısametrajlı sənədli filmi Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında yarışacaq.

Bu barədə Kulis.az-a rejissor özü məlumat verib.

O bildirib ki, ekran işi festivalın qısametrajlı sənədli filmlər üçün nəzərdə tutulmuş "Short Joy" bölməsində qaliblik üçün mübarizə aparacaq.

"Yaddaş sarayları" filminin dünya premyerası da festival çərçivəsində keçiriləcək.

“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəflidir. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.

Filmdə rejissor doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində "ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmən xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 90-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.

Qeyd edək ki, Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib.

Xatırladaq ki, 1997-ci ildə Çexiyanın Jihlava şəhərində təşkil olunan Festival ənənəvi olaraq oktyabr ayının sonunda keçirilir. Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı sənədli film sahəsində dünyanın ən nüfuzlu festivallarından sayılır.

Festival 24 oktyabr – 2 noyabr tarixlərində baş tutacaq.

# 1385 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər