Azərbaycanlı aktyor: “Oturub ölümümü gözləyirəm”

Allahverdi Yolçuyev, aktyor

Allahverdi Yolçuyev, aktyor

18 avqust 2022
# 15:36

“Müalicə davam edir. Ölkəmizdəki klinikalardan birində müalicəm gedir, amma maddi durum hər dəfə özünü göstərir. Bilirsiniz, parkinson xəstəliyi birdəfəlik müalicə olmur və vaxt keçdikcə fəsadları üzə çıxır”.

Kulis.az xəbər verir ki, bu sözləri “Yeni sabah”a uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev söyləyib.

O, daha sonra bunları əlavə edib:

“Ona görə də hər şeydən, hamıdan küsmüşəm. Ancaq sənət dostlarım arada zəng edib hal-əhval tuturlar. Heç bir dövət qurumu mənimlə maraqlanıb demir ki, haradasa belə bir adam var. Ölüb gedəndən sonra deyəcəklər ki, heyf, belə bir adam vardı… Mən də ona görə oturub ölümümü gözləyirəm, başqa nə edə bilərəm ki? Xaricdə müalicə etdirə bilərəm, amma ona da böyük məbləğdə, təxminən, 30.000 dollar pul lazımdır. Mədəniyyət Nazirliyinə dəfələrlə yazmışam, hər dəfə deyirlər biz bu barədə tədbir görəcəyik, amma heç nə etmirlər, ömür də gedir. İki gün sonra doğum günümdür, 64 yaşım tamam olur. Təqaüd də almıram, həkimlər deyir ki, parkinson xəstəliyi əlillik sayılmır, ona görə sənə təqaüd düşmür, yaşa görə də 65-dən sonra ala biləcəyəm. 3-4 ildir, demək olar ki, onun-bunun hesabına yaşayıram”.

# 3598 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər