Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirildi

Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş beynəlxalq musiqi festivalı keçirildi
11 noyabr 2024
# 09:49

Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda Azərbaycanın Dövlət Bayrağı Gününə həsr olunmuş Beynəlxalq klassik musiqi festivalı təşkil edilib.

Kulis.az xəbər verir ki, “Konsonans” festivalı “Qara Qarayevin qonaq otağı” Beynəlxalq musiqi layihəsi çərçivəsində keçirilib. Tədbir ənənəvi olaraq Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi və XTNS-dəki “Azərbaycan” pavilyonunun təşkilatçılığı ilə baş tutub. Layihənin əsas məqsədi istedadlı gənc ifaçıların üzə çıxarılması və müxtəlif ölkələrin musiqi müəssisələri arasında yaradıcılıq əlaqələrinin qurulmasıdır.

Tədbirdə gənc ifaçılar - beynəlxalq və respublika müsabiqələri laureatları, o cümlədən Qara Qarayev adına məktəbin və Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının məzunları və tələbələri İnci Abbasova və Abid Çəlbiyev iştirak ediblər.

Gənc musiqiçilərə İtaliyadan olan həmyaşıdları onlayn qoşulublar.

Qeyd edək ki, festival artıq üç ildir ki, uğurla həyata keçirilir. Qara Qarayev adına Moskva Uşaq Musiqi Məktəbi 2002-ci ildən görkəmli Azərbaycan bəstəkarının adını daşıyan ölkəmizdən kənarda yerləşən yeganə təhsil ocağıdır.

# 2104 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər