Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi

Azərbaycanda kamançaya dair yeni dövlət standartı qəbul edildi
4 sentyabr 2026
# 18:40

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 1005:2026 “Milli simli musiqi alətləri. Kamança və kamança ailəsi. Texniki şərtlər” yeni dövlət standartı qəbul edilib.

Kulis.az xəbər verir ki, bu dövlət standartının qəbulunda əsas məqsəd xalq musiqisinin solo, ansambl, orkestr ifası və tədris məqsədi üçün nəzərdə tutulan kamança və kamança ailəsinə aid alətlərinin texniki və digər keyfiyyət göstəricilərinin vahid qaydada müəyyənləşdirilməsi, alətlərin istehsalında və qiymətləndirilməsində ümumi yanaşmanın təmin edilməsidir.

Yeni dövlət standartı layihəsi AZSTAND tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin bazasında təsis edilən “Azərbaycan xalq çalğı alətləri” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 44) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

# 608 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər