Azərbaycanda harada qanqaraçılıq varsa... - Aqşin Yenisey

Azərbaycanda harada qanqaraçılıq varsa... - Aqşin Yenisey
23 yanvar 2025
# 13:42

Kulis.az Aqşin Yeniseyin "Uzun-uzadı cəhdlər və uğursuzluqlar!" yazısını təqdim edir.

Hələ 1989-cu ildə Bakıya neft dalınca gələn "Ramco" şirkətinin rəhbəri Stiv Rempə atası deyir:

"Uzun-uzadı davam edəcək cəhdlərə və uğursuzluqlara hazır deyilsənsə, sovet ittifaqına getmə".

"Uzun-uzadı cəhdlər və uğursuzluqlar!" Sovet cəmiyyətini xarakterizə edən bu qanqaraçılıqlar bu gün də post-sovet ölkələrinin sosial həyatından əl çəkmir.

Nə idi bu uzun-uzadı cəhdlərin və uğursuzluqların səbəbi?

Bolşeviklər öhdəsindən gələ bilməyəcəkləri bir yükün altına girmişdilər. Heç bir elmi, fəlsəfi, mənəvi baza olmadan yalnız inzibatı yolla yeni insan yetişdirmək istəyirdilər, yeni cəmiyyət qurmaq istəyirdilər.

Dindarlar kimi ateist kommunistlərin də bir kitabı vardı və o kitabda yalnız Leninin "ayələri" yazılmışdı.

Özlərinə qədərki bütün dünyəvi dəyərləri kəlləmayalaq etmişdilər. Bəşəriyyətin onlardan başlayacağı iddiasına düşmüşdülər. Dağıtmışdılar, qura bilmirdilər.

Heç bir şey yerində deyildi, ona görə sadə bir iş uzun-uzadı cəhdlər və uğursuzluqlar bahasına başa gəlirdi.

Bu gün də, məsələn, Azərbaycanda harada yubanma, durğunluq, qanqaraçılıq varsa, uzun-uzun cəhdlər uğursuzluqla nəticələnirsə, əmin olun ki, orada hələ sovet imperiyası dağılmayıb. Gedib dolablarını eşələsən, bəlkə, Kirovun zadın büstün də taparsan.

# 3575 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər