Azərbaycan Yazıçılar Birliyi İlham Əliyevi təbrik etdi

Azərbaycan Yazıçılar Birliyi İlham Əliyevi təbrik etdi
8 fevral 2024
# 12:53

Azərbaycan Yazıçılar Birliyi qurumun Katibliyi, Ağsaqqallar Şurası və İdarə Heyəti adından dövlət başçısı İlham Əliyevi növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Kulis.az xəbər verir ki, təbrikdə deyilir:

"Sizi Azərbaycan xalqının müstəqil iradəsinin və seçim haqqının aydın ifadəsi olan 7 fevral prezident seçkilərində parlaq qələbə qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirik!

Bu seçkilərin müqəddəs Vətən torpaqlarının hər qarışının işğaldan azad edildiyi, dövlət suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunduğu bir şəraitdə keçirilməsi xüsusilə əlamətdardır. 7 fevral prezident seçkilərinin digər tarixi cəhəti isə Sizin həmin gün ailə üzvlərinizlə birgə Qarabağda olmağınız və səsvermə hüququnuzu Xankəndidə - işğaldan azad edilmiş əzəli və əbədi Azərbaycan şəhərində həyata keçirməyinizdir.

Vətəndaş fəallığına görə dünyanın diqqətini çəkən və seçicilərin mütləq əksəriyyətinin yenidən Sizə səs verməsi ilə nəticələnən bu seçkilər ötən müddət ərzində dövlətimizə böyük müdriklik və qətiyyətlə rəhbərlik etdiyinizi, qədirbilən xalqımızın isə bunu özünəməxsus nəcibliklə, layiqincə qiymətləndirdiyini növbəti dəfə yüksək səviyyədə nümayiş etdirdi.

Möhtərəm Prezident!

Müzəffər Ali Baş Komandanlığınız altında Böyük Zəfərlə yekunlaşan Vətən müharibəsindən sonra, Sizin qətiyyətlə qeyd etdiyiniz kimi, Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoymuşdur. Bu yeni dövrün məhz Sizin yorulmaz rəhbərlik fəaliyyətiniz sayəsində xeyirli-uğurlu olacağına, ölkəmizə, xalqımıza hər bir sahədə mühüm nailiyyətlər qazandıracağına əminik. Eyni zamanda, başlanan bu fərqli tərəqqi mərhələsinin ədəbiyyatımızın və mədəniyyətimizin də inkişafına yeni təkan verəcəyinə inanırıq.

Ölkə yazıçıları adından Sizi əmin edirik ki, müdrik siyasi-dövlətçilik xəttinizi bundan sonra da əzmlə dəstəkləyəcək, Azərbaycanımızın inkişafı, ədəbiyyat və mədəniyyətimizin yüksəlişi, ana dilimizin qorunması və təbliği naminə bütün istedad və bacarığımızı səfərbər edərək çalışacağıq.

Sizi prezident seçkilərində parlaq qələbəniz münasibətilə bir daha ürəkdən təbrik edir, rəhbərlik fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzu edirik!"

# 2021 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər