Azərbaycan xalq nağılları Türkiyədə çap olunub

Azərbaycan xalq nağılları Türkiyədə çap olunub
30 oktyabr 2024
# 11:40

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə bir sıra xalq nağıllarımız türk dilinə uyğunlaşdırılaraq Ankarada “Azərbaycan masalları” adı altında çap olunub.

Mədəniyyət Nazirliyindən Kulis.az-a bildirilib ki, kitabda “Tıq-tıq xanım”, “Cırtdan”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, “Keçəl”, “Göyçək Fatma”, “Ovçu Pirimin nağılı”, “Sehrli xalça”, “Təpəgözün nağılı”, “Məlikməmməd”, “Tülkü, tülkü, tünbəki” və s. xalq nağılları yer alıb.

Kitabın tərtibçisi Türkiyədə yaşayan azərbaycanlı alim, kulturoloq Mətanət Hüseynova, nağıllara çəkilmiş illüstrasiyaların müəllifi tanınmış uşaq rəssamı Nüşabə Küçükdür.

Qeyd edək ki, Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarından olan nağıllarımız milli-mənəvi sərvətimizdir və onlar xalqımızın nə qədər qədim ənənələrə, zəngin dünyagörüşünə malik olduğunun göstəricisidir. Nağıllar uşaqların estetik zövqünün və dünyabaxışının formalaşmasında da əhəmiyyətli rol oynayır.

Azərbaycan xalq nağıllarının dünya dillərinə tərcüməsi, nəşri və təbliği məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzləri ilə davamlı iş aparılır.

# 1816 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər