Azərbaycan Vokalçılarının III Beynəlxalq Festivalı keçiriləcək

Azərbaycan Vokalçılarının  III Beynəlxalq Festivalı keçiriləcək
15 dekabr 2023
# 10:40

15 – 22 dekabr tarixlərində Azərbaycan Vokalçılarının III Beynəlxalq Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, layihənin ideya müəllifi və bədii rəhbəri Əməkdar artist Ramil Qasımov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Xalq artisti Yusif Eyvazova təşəkkürünü bildirib.

Qeyd edib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının layihəsi olan festival bu il yeniliklərlə yadda qalacaq. İlk dəfə Azərbaycan bəstəkarlarının klassik vokal üslubunda yazılan yeni əsərləri təqdim olunacaq. Bu təqdimatlar Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə reallaşacaq.

Festival çərçivəsində dekabrın 20-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Bülbül vokal məktəbi” adlı konsert təşkil olunacaq. Azərbaycan professional vokal sənətinin banisi Bülbülün əziz xatirəsinə həsr olunacaq gecədə Azərbaycan klassik operalarından incilər səslənəcək. Musiqi axşamının sonunda Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov Ümummilli lider Heydər Əliyevə həsr edilən, musiqisi Xalq artisti Faiq Sücəddinova, sözləri İlqar Fəhmiyə məxsus olan əsəri ilk dəfə ifa edəcək.

Azərbaycan Vokalçıları III Beynəlxalq Festivalının təntənəli bağlanış mərasimi 22 dekabr tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək. “Viva Puççini” adlı gecədə Cakomo Puççininin operalarından parçalar səsləndiriləcək.

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər