Azərbaycan Rəssamlar İttifaqı sərgilər açacaq

Azərbaycan Rəssamlar İttifaqı sərgilər açacaq
15 mart 2023
# 14:00

Azərbaycan Rəssamlar İttifaqı iyun ayından etibarən avqusta qədər davamlı şəkildə sərgilər açmağı planlaşdırır.

Kulis.az xəbər verir ki, bu sözləri Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov deyib.

"Azərbaycan Rəssamlar İttifaqı olaraq gələcək planlarımız çoxdur. İyun ayından etibarən avqusta qədər davamlı şəkildə sərgilər açmağı planlaşdırırıq. Aprel ayında da fərdi sərgilərimiz olacaq. Bu günlərdə diplomat Tural Rzayevin də fərdi sərgisi açılacaq. Bir məqamı da vurğulamaq istərdim ki, biz rəssamlarımızın öz əsərlərini satışa çıxartmağa şərait yaradırıq. Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Rəssamlar İttifaqı olaraq Xətai Sənət Mərkəzində ilk dəfə olaraq həvəskar rəssamların sərgisini açdıq. Oradan bəzilərini İttifaqa üzv qəbul etdik. Ölkəmizdə xeyli sayda əsərləri olan istedadlı gənc rəssamlar var. Biz onların əsərlərini nümayiş etdirməkdən ötrü mütəmadi olaraq fərdi sərgilər təşkil edirik. Rəssamlıq Akademiyasında yetərincə istedadlı tələbələr yetişdirilir. Bu istiqamət üzrə intensiv işlər görülür. Bildiyiniz kimi bir çox Avropa ölkələrində görkəmli ədiblərimizin, mədəniyyət xadimlərimizin heykəlləri ucaldılıb. Bu heykəllərin müəllifləri azərbaycanlı heykəltəraşlardır. Hətta Almaniyada Xocalı, Brüsseldə isə Dədə Qorqud heykəlini qoymuşuq. Belə heykəllərin sayı çoxdur. Biz Novruz bayramı günlərində bir sıra sərgilər açmağı planlaşdırırıq”, -deyə A.İbrahimov qeyd edib.

AZƏRTAC

# 5918 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər