Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı məlumat yaydı

Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı məlumat yaydı
24 yanvar 2023
# 20:00

ARKİ-nin hüquq xidmətinin açıqlaması yayıldı.

Azərbaycanın mətbuat orqanları rəhbərlərinin nəzərinə çatdırırıq ki, son günlər Qafqazinfo.az, Teleqraf.com, Manset.az, Yeni Müsavat və digər informasiya vasitələrində özünü ARKİ-nin mətbuat xidmətinin əməkdaşı kimi və Manset.az saytının rəhbəri kimi təqdim edən Əli Vəliyevə istinad edilməklə ARKİ - nin Sədri Şəfiqə Məmmədova barəsində həqiqətə uyğun olmayan məlumatlar dərc edilmiş, hətta 24 yanvar 2023 – cü il tarixdə isə “ Manset” az saytında Şəfiqə Məmmədovanın xəstələnməsi və təcili yardım çağırılaraq xəstəxanaya aparılması barədə yanlış məlumat yayılmışdır.

Məlumat üçün bildirirk ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, Professor Şəfiqə Məmmədova səhhətində heç bir narahatçılıq olmamış, hal-hazırda da işinin icrasındadır.

ARKİ tərəfindən Əli Vəliyevə və digər mətbuat nümayəndələrinə bu günədək ümumiyyətlə rəsmi heç bir məlumat verilməmiş, Əli Vəliyevə isə ARKİ-nin adından məlumat yaymaq səlahiyyəti verilməmiş, öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.

Əli Vəliyevin kütləvi informasiya vasitələrinə təqdim etdiyi, əsasız və həqiqətə uyğun olmayan məlumatlar ARKİ tərəfindən araşdırılır və aidiyyəti üzrə hüquq mühafizə orqanlarına müraciət edilməsi üçün materiallar toplanmaqdadır.

Kütləvi informasiya vasitələrindən ARKİ – nin fəaliyyəti və ARKİ-nin sədri barədə xəbərləri ARKİ-nin rəsmi nümayəndələrinin məlumatlarına istinad edərək dərc edilməsini xahiş edirik.

ARKİ – nin Hüquq xidməti

# 2624 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər