Azərbaycan repinin dərvişi - Səid Riad

Azərbaycan repinin dərvişi - Səid Riad
6 noyabr 2024
# 10:45


Kulis.az reper Xpertin "7EDDİ" adlı albomu haqqında Səid Riadın təəssüratını təqdim edir.

Bir neçə gün öncə Xpertin "7EDDİ" adlı EP albomunu yenidən dinlədim. Sonra bir də dinlədim, sonra bir də...

Albomu dinlədikcə xatırladım ki, sonuncu dəfə Anar Nağılbazın "Dost" albomunu illər öncə fasiləsiz bu qədər dinləmişdim. Dinlədikcə həm də ona tam əmin oldum oldum ki, "7EDDİ" albomu Azərbaycan repinin başına gələn ən möhtəşəm hadisələrdən biridir.


Xpert

Bu albomda minimallığın təntənəsi məni çox heyrətləndirdi.

Rep janrında az sözlə də çox böyük mətləblərdən xəbər vermək mümkün olurmuş. "7EDDİ" albomunun bütün trekləri sanki repə transformasiya olunmuş mantralardır, Xpert'in ifası isə rep "dil"ində oxunan dualar, zikrlər.

Eyni zamanda treklər'i doğru-düzgün dinləyərkən spiritual melodiyaların çalarlarını da eşitmək mümkündür.

Bu albomu dinləyən və doğru düşünə bilən hər kəs əmin ola bilər ki, Xpert Azərbaycan repinin müasir dərvişidir.

Xpert fikirlərini 7 (albomun adı) və 4 (treklərin sayı) rəqəmlərinin üzərində ifadə edib.

Buddizmdə 7 rəqəmi oyanışın, aliyə sarı qalxmağın, mərkəzdə qərar tutmağın rəmzidir. Buddanın yeddi addımı məkan və zaman hüdudlarından kənara çıxan yeddi kosmik pillələrlə yüksəlişi simvollaşdırır. Dörd rəqəminə gəlincə, çoxuna məlumdur ki, Mükəmməlləşmənin dörd həqiqəti Buddizmin ən əsas təlimlərindən biridir.

Yüksəliş, mükəmməlləşmə, aliyə doğru irəliləmə, müdrikləşmə...

Xpert "7EDDİ" albomun ilə bütün bu keyfiyyətlərə nail olduğunu göstərə bilib.


# 4358 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər