Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
11 may 2024
# 11:00

Mərakeş Krallığının Rabat şəhərində Rabat Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin dəstəyi ilə ölkəmiz builki sərgidə milli stendlə təmsil olunur.

Azərbaycana dair yeni nəşr olunan ümumilikdə 100 adda 200-yə yaxın qiymətli kitabların nümayiș olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə "İslam Dünyasının Mədəniyyət Paytaxtı" seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilir.

Mərakeş Krallığının Gənclər, Mədəniyyət və Rabitə Nazirliyi tərəfindən təşkil olunan sərgiyə 48 ölkədən 743 iştirakçı qatılıb.

Sərginin açılış mərasimində Mərakeş Krallığının gənclər, mədəniyyət və rabitə naziri Məhəmməd Mehdi Bensaid, bir sıra ölkələrin diplomatik nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov və yerli media nümayəndələri iştirak ediblər. Milli stendimizi ziyarət edən nazir Məhəmməd Mehdi Bensaidə Azərbaycan mədəniyyəti, tarixi, mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı ətraflı məlumat verilib və ona Qarabağa aid kitablar hədiyyə edilib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşı Ləman Eyyubovanın daxil olduğu Azərbaycan nümayəndə heyəti sərginin açılış günündə bir sıra tədbirlərə qatılıb.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) fəxri iştirakçı olduğu Rabat Beynəlxalq Kitab Sərgisi 19 may 2024-cü il tarixinədək davam edəcək. Sərgi çərçivəsində 241 mədəni tədbir baş tutacaq.

Qeyd edək ki, Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində ilk dəfə iştirak edir. Bu tarixi bir hadisə olmaqla yanaşı, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının göstəricisidir.

# 1985 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər