Azərbaycan Qırğızıstanda keçiriləcək forumda təmsil olunacaq

Azərbaycan Qırğızıstanda keçiriləcək forumda təmsil olunacaq
3 mart 2026
# 11:30

Martın 4-dən 7-dək Bişkekdə keçiriləcək “Umut” XIII Beynəlxalq Gənc Kino Forumunda Azərbaycan da təmsil olunacaq.

Kulis.az xəbər verir ki, tədbir yeni başlayan layihələrə dəstək göstərmək, gənc kinematoqrafçıların peşəkar inkişafına töhfə vermək və kino sənayesində beynəlxalq əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

Forum Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin dəstəyi ilə “Umut Art Cinema” ictimai fondu tərəfindən təşkil olunub.

Bu il Forumun şüarı “Parisdən sevgi ilə”dir. Tədbir Qırğız Respublikasının Xalq artisti, kinoaktyor və rəssam Doğdurbek Kıdıraliyevə, həmçinin qırğız kinosunun veteranı, kinoşünas, kinotənqidçi və pedaqoq Seyit Bokonbayevə həsr edilib.

Forum iki əsas istiqaməti əhatə edir – müsabiqə və sənaye platforması. Proqram çərçivəsində beynəlxalq və milli müsabiqələr, eləcə də filmlərin müəllifləri ilə görüş imkanı yaradan xüsusi nümayişlər keçiriləcək. Bu il Forumda Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və bir sıra digər ölkələrdən filmlər təqdim olunacaq.

“Umut Industry” sənaye platforması çərçivəsində master-klaslar, mühazirələr, təqdimatlar və peşəkar görüşlər təşkil ediləcək. Əsas tədbir qısametrajlı bədii filmlər üzrə layihələrin təqdimatı olacaq.

# 1120 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər