Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət festivalında

Azərbaycan Qırğızıstanda beynəlxalq mədəniyyət festivalında
1 avqust 2025
# 15:10

Qırğızıstanda “Ruh Sanat” adlı ənənəvi beynəlxalq mədəniyyət və musiqi festivalının açılışı olub.

Kulis.az xəbər verir ki, genişmiqyaslı beynəlxalq tədbir Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, Qırğızıstan Respublikası Nazirlər Kabineti, bu ölkənin Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyi, Qırğız Respublikası Milli Elmlər Akademiyasının Ənənəvi Mədəniyyət və İncəsənət Araşdırma Mərkəzi, “Manas” Milli Teatrının təşkilatçılığı ilə keçirilir.

Tədbir Çolpon-Ata şəhərində (İssık-Kul bölgəsi) keçirilir və 30-dan çox ölkədən mədəniyyət və incəsənət xadimlərini bir araya gətirir. Festivalın məqsədi dünyanın qeyri-maddi mədəni irsinin zənginliyini nümayiş etdirmək, beynəlxalq mədəni dialoqu gücləndirmək və orijinal ənənələrin qorunub saxlanmasını təşviq etməkdir.

Festivalın proqramına beynəlxalq ənənəvi musiqi müsabiqəsi, elmi-praktiki konqres və yaradıcılıq bazarı – rəssamlar, sənətkarlar, ifaçılar, prodüserlər və mədəni tədbirlərin təşkilatçıları üçün interaktiv platforma daxildir. Festivalın əsas məkanı tamaşaların, elmi müzakirələrin və ustad dərslərinin keçirildiyi “Ruh Ordo” mədəniyyət mərkəzidir.

Beynəlxalq müsabiqədə Yaponiya, Hindistan, Macarıstan, Qvineya və başqa ölkələrdən 9 solist və 12 yaradıcı qrup daxil olmaqla 84 ifaçı iştirak edir. Qırğızıstanı 4 solo ifaçı və 4 ansambl təmsil edir.

Azərbaycan da bu festivalda təmsil olunur. Təmsilçilərimiz “Cəngi - rəqs janrında qəhrəmanlıq təcəssümü” və “Azərbaycan və Altayın ənənəvi musiqisində tarixi-musiqi paralelləri” adlı yüksək bədii və konseptual proqramlar təqdim edəcəklər.

Festivalın proqramı çərçivəsində, həmçinin ICESCO-nun Bakıdakı regional ofisinin direktor müavini Məryəm Qafarzadənin tematik təqdimatı olacaq. O, məruzəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının cari fəaliyyətindən danışacaq, həmçinin qeyri-maddi mədəni irsin qorunması kontekstində mədəniyyətlərarası əməkdaşlığın vacibliyini vurğulayacaq.

Qaliblər fəxri fərman və pul mükafatları ilə təltif olunacaq.

Qeyd edək ki, “Ruh Sanat” festivalı mədəni qarşılıqlı əlaqə, ilham və peşəkar mübadilə üçün canlı platformadır.

# 1496 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər