Azərbaycan opera kollektivi dünya səhnəsində

Azərbaycan opera kollektivi dünya səhnəsində
2 fevral 2026
# 10:21

Bu gün Oman Sultanlığının Maskat şəhərində yerləşən “Royal Opera House Muscat” səhnəsində Cakomo Puççininin “Toska” operasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, əsas partiyada Azərbaycanın Xalq artisti Yusif Eyvazov çıxış edəcək.

Eyni zamanda səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim olunacaq.

Azərbaycan kollektivinin dünyanın nüfuzlu opera məkanlarından hesab olunan “Royal Opera House Muscat” səhnəsində çıxışı milli opera sənətinin beynəlxalq səviyyədə təmsili baxımından əhəmiyyətli hadisədir. Qeyd edək ki, bu opera evi ərəb dünyasında ölçüsünə görə ikinci ən böyük opera teatrı hesab olunur.

Dünya opera irsinin tanınmış əsərlərindən olan “Toska” operasının Maskatda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının iştirakı ilə təqdim olunması milli opera məktəbinin yaradıcı potensialını və beynəlxalq etimadı nümayiş etdirir.

Tamaşada Floriya Toska rolunu italyan soprano Carmen Giannattasio, Mario Kavaradossi rolunu tenor Yusif Eyvazov, Baron Skarpia rolunu isə tanınmış bariton Ambrogio Maestri ifa edir. Bununla yanaşı, operada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının digər solistləri də müxtəlif rollarda çıxış edirlər.

Tamaşanın səhnə quruluşu Davide Livermore, musiqi rəhbərliyi isə dirijor Fabio Mastrancelonun rəhbərliyi ilə həyata keçirilir.

Xatırladaq ki, “Royal Opera House Muscat” Sultan Qabus bin Səidin təşəbbüsü ilə 2011-ci ildə fəaliyyətə başlayıb və Yaxın Şərqin aparıcı mədəniyyət mərkəzlərindən hesab olunur.

# 1203 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər