Azərbaycan Milli İncəsənət Muzeyində konsert keçirildi

Azərbaycan Milli İncəsənət Muzeyində konsert keçirildi
28 mart 2024
# 17:50

Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən “Muzeydə musiqi” layihəsinin növbəti konsert proqramı olub.

Kulis.az xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının “Gənclərə dəstək” layihəsi çərçivəsində təqdim olunan konsertdə xormeyster, Əməkdar artist Naala Barateliyanın rəhbərliyi altında F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu, həmçinin respublika və beynəlxalq müsabiqələr laureatları - solistlər Talıb İsgəndərli (bariton), Cəlil Bəşirli (tar), Lalə Əhmədova (piano), Surə Rüfət (violin), Mehin Zalıyeva (piano), Orxan Əlizadə (tenor), Orxan Mövlan (tenor), Cəlalə İsmayılzadə (cello), Abid Çələbiyev (kamança), Əli Vəliyev (piano) Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına aid məşhur musiqi əsərlərini ifa ediblər.

Qeyd edək ki, proqram F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının üzvlərinin çıxışı ilə davam edib. Konsert proqramı çərçivəsində qonaqlar, həmçinin “Salam, Novruz!” sərgisi ilə tanış olublar.

# 2740 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər