Azərbaycan Mərakeş uşaqlarının gözü ilə

Azərbaycan Mərakeş uşaqlarının gözü ilə
26 may 2025
# 09:10

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfirliyi, Aqdal-Riyad bələdiyyəsi və Arribat Mərkəzinin birgə təşkilatçılığı ilə “Mərakeş uşaqlarının gözü ilə Azərbaycan” mövzusunda rəsm müsabiqəsinə start verilib.

Kulis.az xəbər verir ki, tədbir 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Mərakeş Vəliəhd Şahzadəsi Mulay Həsənin doğum günü münasibətilə təşkil olunub.

Müsabiqənin açılış mərasimində Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov bu təşəbbüsün uşaqlar arasında yaradıcılığı, mədəniyyətlərarası dialoqu və dostluq münasibətlərini təşviq etdiyini bildirib. “Uşaqlar Azərbaycanı öz təsəvvürləri ilə rəsmlərə köçürərək, ölkəmizin mədəni irsini, musiqisini və müasir simasını böyük zövq və dəqiqliklə əks etdirirlər”, – deyə səfir vurğulayıb.

Qeyd edək ki, Arribat Mərkəzi Rabat şəhərində yerləşən ən iri ticarət mərkəzidir. Mərkəzi gün ərzində ziyarət edən minlərlə insan Azərbaycanın mədəniyyəti, mədəni irsi və turizm potensialı ilə tanış olacaqlar.

# 1510 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər