Azərbaycan media nümayəndələri İmam əl-Buxari Memorial Kompleksində

Azərbaycan media nümayəndələri  İmam əl-Buxari Memorial Kompleksində
20 avqust 2026
# 11:00

Azərbaycan jurnalistləri Özbəkistana media turu çərçivəsində Səmərqənd vilayətinin Payariq rayonunda yerləşən İmam əl-Buxari Memorial Kompleksini ziyarət ediblər.

APA-nın Özbəkistana ezam olunmuş müxbiri xəbər verir ki, media nümayəndələri İslam dünyasının ən böyük alimlərindən biri, məşhur hədis alimi İmam Məhəmməd ibn İsmayıl əl-Buxarinin həyat və zəngin elmi irsini əks etdirən komplekslə tanış olublar.

Jurnalistlərə İmam əl-Buxarinin İslam elminin, xüsusilə hədisşünaslığın inkişafındakı mühüm rolu, onun elmi fəaliyyəti, topladığı və sistemləşdirdiyi hədislər, həmçinin əsərləri barədə ətraflı məlumat verilib.

Media nümayəndələrinə məlumat verilib ki, müasir memorial kompleks Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə İmam əl-Buxarinin zəngin elmi və mənəvi irsinin daha geniş şəkildə öyrənilməsi və təbliği məqsədilə yenidən qurulub. Kompleksin yalnız ziyarət məkanı deyil, eyni zamanda elm, maarifçilik, dini təhsil və mədəni irsin qorunması mərkəzi kimi fəaliyyət göstərir.

Dövlət başçısının təşəbbüsü ilə kompleksdə zəvvarların, alimlərin, tədqiqatçıların və xarici qonaqların qəbulu üçün müasir infrastruktur yaradılıb.

Kompleksin ərazisində İmam əl-Buxarinin məqbərəsi, məscid, muzey və digər dini-mədəni obyektlər yerləşir. Müasir muzeydə alimin həyatı, elmi fəaliyyəti və əsərləri ilə bağlı müxtəlif materiallar təqdim olunur. Kompleksin memarlıq həllində İslam mədəniyyətinin ənənələri ilə müasir elementlər birləşdirilib.

Media tur iştirakçılarına bildirilib ki, layihənin əsas məqsədlərindən biri Özbəkistanın zəngin dini-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, ölkəyə gələn zəvvar və turistlərin sayının artırılması, eləcə də zəvvarlıq turizminin inkişafıdır.

Azərbaycan jurnalistləri kompleksin ərazisini gəzib, İmam əl-Buxarinin məqbərəsini, muzeyi və digər obyektləri ziyarət edib, burada yaradılmış şəraitlə yaxından tanış olublarMedia tur iştirakçılarına bildirilib ki, layihənin əsas məqsədlərindən biri Özbəkistanın zəngin dini-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, ölkəyə gələn zəvvar və turistlərin sayının artırılması, eləcə də zəvvarlıq turizminin inkişafıdır.

Azərbaycan jurnalistləri kompleksin ərazisini gəzib, İmam Buxarinin məqbərəsini, muzeyi və digər obyektləri ziyarət edib, burada yaradılmış şəraitlə yaxından tanış olublar.

# 803 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər