Azərbaycan MDB Dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olundu

Azərbaycan MDB Dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olundu
16 sentyabr 2024
# 10:15

Sentyabrın 14-də X Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyət Forumu çərçivəsində MDB Dövlətlərinin Mədəni Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

Kulis.az xəbər verir ki, iclasda Rusiya, Özbəkistan, Belarus və digər ölkələrin mədəniyyət nazirləri, müvafiq qurumların nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov bildirib ki, hazırda MDB üzvü ölkələrdə mədəni inteqrasiya yeni mərhələyə qədəm qoyub.

O, Laçın şəhərinin 2025-ci il üçün "MDB-nin mədəniyyət paytaxtı" elan edilməsi qərarını yüksək qiymətləndirərək deyib: “2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları unikal imkanlar açacaq əhəmiyyətli hadisədir. İdman yarışları ilə yanaşı, biz idman və incəsənətin bir-birinə necə ahəngdar şəkildə qarışdığını, millətlərarası dialoqun yeni aspektlərini yarada biləcəyini nümayiş etdirəcək geniş mədəni proqram hazırlayırıq”.

Nazirin müşaviri MDB-yə üzv ölkələrdə keçirilən qarşılıqlı mədəniyyət günlərinin də mədəni inteqrasiyaya əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb. O, eyni zamanda, Bakıda keçirilən, qonşu ölkələrdən də bu sektorun nümayəndələrini bir araya gətirən yaradıcı sənayelər festivalı – “Yaradıcılıq Həftəsi” haqqında məlumat verib. Qeyd olunub ki, bu tədbir mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fikir və təcrübə mübadiləsi platformasına çevrilib.

Qeyd olunub ki, mədəni əməkdaşlığın üfüqlərini genişləndirməyə xidmət edən beynəlxalq incəsənət layihələrinin davamlı keçirilməsi vacib əhəmiyyət daşıyır.

# 2254 dəfə oxunub

Oxşar xəbərlər

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər