Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni ssenari dərsliyi nəşr etdirdi

Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni ssenari dərsliyi nəşr etdirdi
3 fevral 2026
# 12:39

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ssenari tədrisi mövzusunda daha bir kitabı yerli kinematoqrafçılara təqdim edib.

Kulis.az xəbər verir ki, rus yazıçısı və kinodramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” kitabı Azərbaycan dilində nəşr olunub.

“Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” kitabını kinossenarinin yazılış qaydaları, hekayə qurmaq üsullarından bəhs edən Voqler, Linda Seger, Sid Fild və digər məşhur müəlliflərin təklif etdikləri prinsiplərin ümumiləşdirilmiş və konkretləşdirilmiş xülasəsi adlandırmaq olar. Digər tərəfdən, müəllif ssenari haqqında yazan amerikalı həmkarlarının ideyalarına əsaslandığını bildirsə də, bu kitabın orijinallığı, onun sovet ssenari məktəbində “realizm”, “psixoloji dram” və digər adlarla qəliblənmiş olan üzücü müşahidəçilik, məişətçilik, çoxmənalılıq, finalsız sonluq kimi hallara qarşı çıxmağıdır.

“Parlaq imzalar” nəşriyyatında çap olunan kitabı rus dilindən kinotənqidçi Aygün Aslanlı tərcümə edib, redaktorları AKİ-nin İdarə Heyətinin üzvü, sənətşünas, pedaqoq Nadir Bədəlov və Toğrul Musayevdir. Layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarovdur.

AKİ yerli kinomuzda dramaturgiya problemlərini daim gündəmdə saxlayır, bu məqsədlə mütəmadi ssenari müsabiqələri və ustad dərsləri təşkil edilir. Gənc ssenaristlərə və tələbələrə dəstək məqsədilə, gələcəkdə də dərsliklərin çapı planlaşdırılır.

Kitab tələbə və kinematoqrafçılara pulsuz təqdim ediləcək.

# 1382 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər