“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq

“Azərbaycan kəlağayısı günü” münasibətilə konsert təşkil olunacaq
14 noyabr 2024
# 13:31

Noyabrın 26-da Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnstitutunun dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Suraxanı rayonundakı Qurban Abbasov adına Mədəniyyət Sarayında “Azərbaycan kəlağayısı günü”' münasibətilə geniş konsert proqramı təqdim olunacaq.

Kulis.az xəbər verir ki, konsertdə tanınmış gənc ifaçılar geniş proqramla çıxış edəcəklər.

Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Bu il həmin tarixi hadisənin 10 illiyidir. Bu münasibətlə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə cari ilin əvvəlindən Naxçıvan da daxil olmaqla bir çox bölgələrimizdə, mədəniyyət, elm və təhsil ocaqlarında ''Sazlı, sözlü kəlağayı günləri'' layihəsi çərçivəsində festivallar, tədbirlər, sərgilər keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi uğurla icra olunub.

# 1834 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər